15 Mart 2019 17:00
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən sərhəddən başlayır. Mən Astara seçicilərim adından bəzi məqamları dilə gətirmək istəyirəm. Ötən il Ələt-Astara yolunun açılması, içməli su probleminin həlli seçicilərim tərəfindən yüksək qarşılanır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Rəşad Mahmudov dilə gətirib.

O, deyib ki, Astara şəhərinin kanalizasiya problemi var və bunu Milli Məclisin iclasında iştirak edən dövlət nümayəndələrinin diqqətinə çatdırmaq istəyir:

“Astara şəhərinin 15 minə yaxın əhalisi var. Qonşu İrandan ölkəmizə daxil olanda ilk qarşıya çıxan və həm də turizm potensialı olan Astara şəhərimizdir. Şəhərin 15 min əhalisinin və dənizə yaxın olduğunu nəzərə alaraq, kanalizasiya ilə bağlı yaranan problemin həll edilməsini xahiş edirəm”.


Müəllif: Cavad