Müğənni Gülbən Ərgən keçmiş baş nazir Binəli Yıldırımın xanımı Semiha Yıldırımın fotolarını paylaşaraq onu ələ salanlara od püskürüb.
Teleqraf.com xəbər verir ki, müğənni "Semiha Yıldırıma edilənləri şiddətlə qınayıram. O bir qadın, ana, müəllimdir", deyə bildirib.
Qeyd edək ki, B.Yıldırımın bələdiyyə seçkilərindəki rəqibi Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu Semiha xanımla onun fotolarını yan-yana qoyaraq birincini aşağılayanlara sərt etirazını bildirib. "Yıldırımın fotosuna baxdıqda anamı, bacımı görürəm. Əgər fotonu paylaşanlar kimisə aşağıladıqlarını düşünürlərsə, bilsinlər ki, məni də aşağılayırlar", deyə Dilək İmamoğlu söyləyib.