Azərbaycan İranın təbii fəlakətlərdən zərər çəkmiş əhalisinə Prezident İlham Əliyevin tapşırığı ilə humanitar yardım göndərir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib.
O bildirib ki, yardım gün ərzində İrana çatacaq:
“Humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti, 200 ədəd xilasedici jilet, “Katerpiller”, “Komatsu” markalı iki ədəd ekskavator daxildir”.