Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, nazir Reza Rəhmani İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət və bütün digər istiqamətlərdə, o cümlədən sənaye və ticarət sahələrində uğurla inkişaf etdiyini vurğulayıb.
Görüşdə ölkələrimizin birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun uğurla fəaliyyət göstərdiyi, Bakıda əczaçılıq zavodunun inşa ediləcəyi, İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin Azərbaycana bu səfəri zamanı isə Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməlinin qoyulacağı qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinin artdığı vurğulanıb, sənaye sahəsində uğurlu layihələrin həyata keçirildiyi bildirildi və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin və əlavə imkanların olduğu qeyd edilib.
Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
***
16:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.