26 Aprel 2019 16:02
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib.

Teleqraf.com xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “UNI Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini qabaqlayıb. İkinci ən yaxşı nəticə “Carlin” komandasından Nobuharu Matsuşitaya, üçüncü nəticə isə “MP Motorsport”un sürücüsü Cordan Kinqə məxsusdur.

Aprelin 27-də saat 13:10-da birinci, bir gün sonra isə 14:15-də ikinci yarış keçiriləcək. İlk yarışda pilotlar 32, növbəti yürüşdə isə 23 dövrə vuracaqlar.

On bir mərhələdən ibarət yarış sentyabrın 27-29-da Rusiyanın Soçi şəhərində başa çatacaq.


Müəllif: Nərgiz