9 May 2019 21:08
2 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanla əsirlərin dəyişdirilməsinə dair danışıqlar davam edir. Hamının hamıya prinsipinin bəzi detallarını aydınlaşdırmağa ehtiyac var. Yəni "hamı" dedikdə kimlərin nəzərdə tutulduğu müəyyən edilməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Irəvanda jurnalistlərə bildirib.

Tonoyan Azərbaycanla aparılan danışıqların konkretləşmədiyini deyib.

“Hələlik konkret vəzifə yoxdur, amma danışıqlar gedir. Bildiyiniz kimi mən müvafiq komissiyanın sədriyəm. Hazırda danışıqlar gedir ki, biz kimi kimlə dəyişdirmək məsələsini anlayaq”- Tonoyan bildirib.

Xatırladaq ki, erməni tərəfi Dağlıq Qarabağda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovu əsir və girovların dəyişdirilməsinə dair danışıqlardan kənarda saxlamağa çalışır. Dağlıq Qarabağın separatçı rəhbərliyi bildirir ki, onların azad edilməsindən söhbət gedə bilməz. Azərbaycan tərəfi isə neçə vaxtdır əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər