“Gürcüstanın iştirakı olmadan Bakı-Tbilsii-Qars layihəsinin konfiqurasiyasına hər hansı bir dəyişikliyin edilməsi mümkün deyil”.
Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.
Nazir deyib ki, BTQ layihəsi Gürcüstan üçün strateji layihədir və ölkənin suveren maraqlarına cavab verir:
“Layihə üç dövlət tərəfindən razılaşdırılıb və təsdiqlənib. Hansısa bir iştirakçı dövlət birtərəfli qaydada layihəyə dəyişiklik etmək hüququna malik deyil. Biz bu layihəni təsdiq olunan formada reallaşdırırıq”.
N.Turnava qeyd edib ki, layihə ilə bağlı müxtəlif formatlarda müxtəlif görüşlər keçirilə bilər: “Bu görüşlər bizim bölgəyə yüklərin cəlb olunması ilə bağlı ola bilər. Gürcüstanın iştirakı olmadan layihəyə hər hansı bir dəyişiklik edilə bilməz. Ankarada Rusiya, Türkiyə və Azərbaycan dəmir yolları idarələri rəhbərlərinin görüşü çox güman ki, digər mövzularla bağlı olub”.