11 May 2019 09:28
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər ölkə ərazisində ən çox yağıntı Zaqatalaya düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 11-i səhər saat 08.00-a olan məlumata əsasən, respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub.

Ən çox düşən yağıntının miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib. Digər bölgələrdə 1.0-8.0 mm olub. Abşeron yarımadasında səhər saat 0.7 radələrində Zabratda, Binədə 0.4 mm, Maştağada 1.0 mm, Bakıda 3.0 mm yağış qeydə alınıb.

Bu gün gündüz əksər rayonlarda yağıntılar kəsiləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər