12 May 2019 17:11
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə 11 nəfər yaralanmış Saipem şirkətinin əməkdaşları (o cümlədən Azərbaycan vətəndaşları) Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına, Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə göndərilməsi Saipem şirkəti tərəfindən mayın 11-də təşkil olunub.

Bu barədə Teleqraf.com-a məlumat "Saipem" şirkətindən verilib.

Deyilir ki, digər daha yüngül xəsarət almış üç əməkdaşı artıq vətənlərinə göndərilib.

"Saipem" şirkəti bildirir ki, ən ağır vəziyyətdə olan şirkətin bir əməkdaşı bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib.

Saipem şirkəti, həmçinin bildirir ki, digər əməkdaşın həyatına heç bir təhlükəsi yoxdur.


Müəllif: Teleqraf.com