18 May 2019 15:53
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mətbuatda tanınmış Azərbaycan bəstəkarı Gövhər Həsənzadənin Ermənistan nümayəndəsinin “Avroviziya-2019” mahnı yarışmasının final mərhələsinə düşə bilməməsi ilə bağlı müxbir sualına cavabını oxudum. Görkəmli bəstəkar bunu Ermənistan nümayəndələrinin bir qayda olaraq digər xalqların musiqisini oğurlaması, özlərinə məxsus xətt olmaması və hazırlıqlı Avropa dinləyicisinin bunun fərqinə varması ilə izah edir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün sosial şəbəkə hesabında bildirib.

“Hörmətli bəstəkarın telefon nömrəsini taparaq ona zəng vurdum və gözəl izahı üçün təşəkkür etdim”, – deyə A.Mirzəzadə qeyd edib.

Qeyd edək ki, G.Həsənzadə dünən Teleqraf.com saytının “Brifinq” layihəsinin qonağı olub. Bəstəkar müsahibə zamanı Azərbaycan müğənnisi Çingiz Mustafayevin uğurları fonunda Ermənistan təmsilçisi Srbukun müsabiqədən kənarda qalmasını şərh edib.

Həmin materialla - mətn və video ilə bu linkdə tanış ola bilərsiz:

https://teleqraf.com/news/gundem/210455.html


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər