23 May 2019 14:57
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin yekun mərhələsi icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təlimlərin son günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.

Beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib.


Müəllif: Teleqraf.com