23 May 2019 18:32
1 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün mayın 23-də Yerevanda jurnalistlər qarşısında Azərbaycanın müdafiə naziri Zakir Həsənovla bağlı ilginc iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, jurnalistlər Qriqoryandan Azərbaycan ordusunun mayın 20-də başlamış təlimlərinin ikinci günü Ermənistana göndərilmiş “Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...” mesajı barədə soruşublar.

Qriqoryan isə deyib ki, belə mesajlara baxmayaraq Azərbaycanın müdafiə naziri bu günlərdə təmas xəttində olarkən Ermənistan silahlı qüvvələrinin “müşahidəsi altına düşüb” və tələsik təmas xəttini tərk edib.

Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Teleqraf.com-a daxil olan məlumatda bildirilir: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərsəm və axmaq açıqlaması gülüş doğurur və onun hərbi işlərdə necə diletant olduğunu göstərir. Azərbaycanın həm işğal altında olan əraziləri, həm Ermənistanın bütün ərazisi tamamilə və bütünlükdə Azərbaycan ordusunun bölmələrinin müşahidəsi altındadır”.

Xatırladaq ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən gün təlimlər çərçivəsində təmas xəttindəki mövqelərə baş çəkib. Hərbçilərə göstəriş verib ki, düşmənin istənilən təxribatının qarşısını bütün növ silahlardan istifadə olunmaqla dərhal və qətiyyətlə alsınlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər