24 May 2019 11:30
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan özünü müstəqil dövlət elan etsə də elə deyil. Onlar hansısa dövlətin yedəyində gedirlər”.

Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, bu gün Cənubi Qafqazda, eləcə də postsovet məkanında və Avropada az-az müstəqil dövlət var, onlardan biri də məhz Azərbaycandır: “Ermənistan nə xarici, nə də daxili siyasətində, nə iqtisadi-sosial siyasətində müstəqil hər hansı addım ata bilmir. Ona görə də orada keçirilən seçkilər zamanı və ondan əvvəlki dövrlərdə Ermənistanın vəziyyətinin günü-gündən ağırlaşdığı dəfələrlə proqnozlarda qeyd olunurdu. Aparılan tədqiqatlar göstərir ki, ildə 100 mindən çox insan Ermənistanı tərk edir, heç bir müəssisə və təşkilat orada fəaliyyətini davam etdirmir”.

S.Novruzov qeyd edib ki, orada sosial vəziyyət acınacaqlıdır: “Orduda qarşıdurma var və bu daha da dərinləşib. Eyni zamanda siyasi rəhbərlikdə də qarşıdurma var. Regionlararası münasibətlər də bir-birinə qarışıb. Bu baxımdan Ermənistanda seçki öncəsi verilən vədlərin heç 1%-i də yerinə yetirilməyib və bundan sonra da yetirilməyəcək. Çünki orada peşəkar siyasətçilər və işi bilənlər yoxdur. Təxminən, Azərbaycanın ötən əsrin 90-cı illərindəki vəziyyəti xatırlanır ki, kimi gəldi müxtəlif vəzifələrə təyin edirdilər. Populyarlıq da cəmi bir-iki ay çəkir. Ona görə də popilizmlə heç bir məsələni idarə etmək olmaz. Çünki ortada real iş olmalıdır. Bu da yoxdur. İlkin dövrdə bir az imkanlı şəxslərin vəsaitlərini müsadirə etməklə bir neçə ay bunu tənzimləməyə çalışdılar. Ancaq indi bu da yoxdur”.

O vurğulayıb ki, hazırda Ermənistanın xarici siyasəti də bərbad vəziyyətdədir: “Paşinyan hər ölkədə fərqli fikirlər səsləndirir. Ona görə də Ermənistanın xarici siyasəti sıfır vəziyyətindədir. Ordudan yayınmalar həddindən artıq çoxdur. Valideynlər öz uşaqlarını Azərbaycan ərazisində xidmət etməyə göndərmirlər. Sual qoyurlar ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə uşaqlarımızın nə işi var?! Odur ki, Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb”./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər