25 May 2019 09:01
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO son on illiklərdə ilk dəfə Rusiyadan gələn nüvə təhlükəsi ilə bağlı yeni hərbi strategiya qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq "Welt am Sonntag" alman qəzetinə müsahibəsində deyib:

"Hərbi ekspertlərimiz bu həftə alyansın yeni hərbi strategiyası barədə qərar verdilər".

Onun sözlərinə görə, bu addımın səbəbi Rusiyadan Qərbə gözlənilən təhlükədir. Bundan başqa, alyans şərqdən və cənubdan da yeni çağırışlarla rastlaşır: "Bundan sonra müdafiəyə və sabitliyi təmin etməyə hazır olmaq lazım gəlir. Bunlar isə nisbətən yeni hərbi konsepsiya tələb edir".


Müəllif: Mahir

Oxşar xəbərlər