28 May 2019 12:40
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 may- Cumhuriyyət günümüzdür, cəmi 23 aydan sonra Respublikamız işğal olundu.

Teleqraf.com xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib.

Onun sözlərinə görə, 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub:

“Bundan sonra isə 20 faiz torpaqlarımız işğal olundu. Böyük şəxsiyyətlərdən bizə miras qalmış Respublika Qarabağsız kövrək və kədərli görünürmü? Böyük ispan filosofu Orteqa Qassetin “Onurğasız İspaniya” adlı möhtəşəm əsərində biz də görünürük.

Fiziologiya və Tibb üzrə Nobel mükafatı laureatı Kandel “Yaddaşın axtarışı” kitabında yazır ki, “Holokostu yaşayan yəhudilərin bir devizi hələ uşaqlıqdan yadımdan çıxmırdı: “Heç zaman unutmamalıyıq!”. Mənim tədqiqatlarım bu devizin bioloji əsaslarını öyrənmək istiqamətində oldu”.

Kandel “qısamüddətli yaddaş” və “uzunmüddətli yaddaş” anlayışlarını elmi dövriyyəyə gətirdi və “uzunmüddətli yaddaş üçün” yeni zülal kəşf etdi. Məncə əsas məsələ zülalda deyil, hamımız birgə, eyni coşqu ilə Respublikanı yad ediriksə, bunun özü “uzunmüddətli yaddaş”ın sürəkliliyini artırır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər