29 May 2019 22:20
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin rəhbəri başa düşür ki, Azərbaycan Cənubi Qafqaz regionunda real güclü oyunçudur. Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rol, ABŞ-la birgə həyata keçirilən layihələr, Əfqanıstanda və bir sıra yerlərdəki sülhməramlı missiyalar ABŞ dövlət başçısı tərəfindən yüksək qiymətləndirilir və bunlar məktublarda öz əksini tapır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə bir həftədə iki dəfə məktub göndərməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ-da respublikaçılar reallığı demokratların fantastik liberal-demokratik ideyalarından daha qabarıq şəkildə qəbul edir: “Azərbaycan bir neçə irimiqyaslı layihələrin təşəbbüskarı, bir sıra dövlətləri cəlb edən dövlətdir. Qərblə əməkdaşlıq edir, Avropanı təhlükəsizlik məsələlərində təmin edir. Azərbaycan sanksiyalar içində olan İranla sərhəddir, Tramp anlayır ki, İranla bağlı hadisələr fonunda Azərbaycanın rolu daha da artır. Bu, öz-özlüyündə partnyorluq münasibətlərinin daha da yüksək səviyyəyə gəlib çıxmasına imkan və şərait yaradır.


Müəllif: Nərgiz

Oxşar xəbərlər