31 May 2019 13:27
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Milli Məclisdə qazın limitinin aradan qaldırılması ilə bağlı məsələ qaldırmışdıq. Prezidentin tapşırığından sonra limit müəyyən qədər artırıldı. Bu müsbət addımdır. Hesab edirəm ki, elektrik enerjisinə tətbiq edilən limit də aradan qalxmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa səsləndirib.

O, əlavə edib ki, elektrik enerjisi istehlak edən əhali qrupunun vəziyyəti yaxşı deyil: “Yay mövsümü kondisioner, qış mövsümündə isə soyuq hava elektrik enerjisindən daha çox istifadə etməyi qaçılmaz edir. Hesab edirəm ki, elektrik enerjisi ilə bağlı limit aradan qaıldırılmalıdır”.

Deputat əlavə edib ki, turizm sektorunda gəlirlər 13 faiz azalıb: “Gürcüstanla müqayisə etdikdə görürük ki, oradan turizm gəlirləri 600 milyon dollar çox olub. Hesab edirəm ki, inhisara son qoyulmalıdır. AZAL-ın bu sahədə verdiyi zərər daha çoxdur. İnsanlar təyyarə ilə uçmaq üçün Tiflisə və digər yerlərə gedirlər”.

Fazil Mustafa xatırladıb ki, kitab üzərində əlavə dəyər vergisinin (ƏDV) götürülməsini d\ təklif edib: “Biz kitab oxuyan cəmiyyət yaratmaq istəyiriksə ƏDV-ni götürməliyik. Gürcüstan və Türkiyədə bu götürülüb.

Həmçinin dövlət büdcəsindən illik rus dili təhsilinə 100 milyon manat ayrılır. Biz bunu özəl sektorun ixtiyarına buraxmalıyıq. Niyə dövlət hesabına xarici dilin öyrənilməsinə bu qədər maliyyə xərcləməliyik. Mən rus dilinin öyrənilməsinə qarşı deyiləm, amma bu sahəni özəl seлtor inkişaf etdirməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər