8 Sentyabr 2014 17:27
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ Azadlıq Təşkilatı 15 yaşlı azərbaycanlı uşağın – Cavid Məmmədovun Ermənistanın işğalçı qüvvələri tərəfindən girov götürülməsini erməni rəzalətinin növbəti nümunəsi kimi dəyərləndirir.

Ermənilər bu günə qədər dəfələrlə məhz uşaqları hədəf olaraq seçib, snayper gülləsi ilə bir azyaşlı öldürülüb, bir uşaq ermənilərin çayla axıtdıqları oyuncaq-bomba ilə partladılıb, 2 uşaq yaralanıb. Bütün bunlar göstərir ki, ermənilər ən eybəcər hərəkətlərdən də çəkinmir, uşaqlarla müharibə edirlər”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının bu gün yaydığı bəyanatda öz əksini tapıb.

Qeyd olunur ki, ermənilərin bu dəfə girov götürdükləri uşağın cəmi 15 yaşı var, həmçinin II qrup əlildir:

“Biz hesab edirik ki, beynəlxalq təşkilatlar Ermənistan işğalçı qüvvələrinin bu antiinsani hərəkətini pisləməli, Ermənistan hökumətindən girovun dərhal azad olunmasını tələb etməlidir. Uşağın girov götürülməsinin özü artıq cinayətdir, onun girovluqda saxlanılması isə on qat cinayətdir və heç bir ölçüyə sığmır. Beynəlxalq Qırmızı Xaç Komitəsi dərhal məsələyə müdaxilə etməli, uşağın azad olunaraq Azərbaycana qaytarılmasını təmin etməlidir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər