ABŞ Müdafiə nazirinin vəkili Patrik Şenaxen Türkiyə Milli müdafə naziri Hulusi Akara məktub göndərib.
Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, məktubda iki ölkə arasında müdafiə və təhlükəsizlik məsələləri diqqətə çıxarılıb, eləcə də mövcud problemlərin starteji ortaqlıq çərçivəsində və hərtərəfli əməkdaşlığın qorunub saxlanmasını ehtiva edən bir qaydada həll olunması və bu istiqamətdə müzakirələrin davam etdirilməsi gərəkliliyi vurğulanıb.
Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri alması səbəbindən ABŞ-la hərbi əməkdaşlıq sahəsində gərginlik son həddə çatıb.
ABŞ Türkiyəyə F-35 döyüş təyyarələri satmaqdan imtina edib və bununla bağlı ölkədə təlim keçən türk pilotların çıxarılmasına qərar verib.