13 İyun 2019 09:21
2 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 14-15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) qurumuna daxil olan ölkələrin Düşənbədə görüşü keçiriləcək.

Teleqraf.com Türkiyənin "Yeni şəfəq" qəzetinə istinadla xəbər verir ki, görüşdə ABŞ-ın qlobal təhlükəyə çevrilməsi məsələsinin müzakirəsi gözlənilir.

Qəzetin yazdığına görə, terror təşkilatları, maliyyə hücumları, investisiya və sabotajları ilə dünyanı təhdid edən ABŞ-a qarşı Çin, Rusiya, Türkiyə, Pakistan və İranın cavab addımları müzakirə olunacaq.

Tədbirdə Çin rəhbəri Si Sinpin, Rusiya dövlət başçısı Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Qeyd edək ki, CİCİ-yə 27 ölkə daxildir.


Müəllif: Mahir

Oxşar xəbərlər