Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani bu ilin avqust ayında Soçidə görüşəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryev məlumat yayıb.
Çebotaryev Tehranda "İran və Şimali Qafqaz: tarix və əməkdaşlıq perspektivləri" konfransında çıxışı zamanı bildirib ki, avqustda Soçidə 3 ölkə - Rusiya, İran və Azərbaycan prezidentləri arasında yüksək səviyyəli görüş planlaşdırılır.