BMT Baş katibinin müavini Lui Zemin Azərbaycana gəlib.
Teleqraf.com xəbər verir ki, səfərdə məqsəd Bakıda keçiriləcək BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etməkdir.
Tədbir iyunun 24-dən 26-dək davam edəcək.
Qeyd edək ki, 2003-cü ildən keçirilən BMT-nin Dövlət Xidmətləri Forumuna ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcək.
Forum Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin birgə təşkilatçılığı ilə baş tutacaq.