9 Sentyabr 2014 17:18
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev bu gün Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri xanım Natalia Germanı qəbul edib.

Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilib, iki ölkənin müxtəlif beynəlxalq təşkilatlarda bir-birinə verdikləri dəstəyin önəmi vurğulanıb.

Söhbət zamanı ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, kənd təsərrüfatı, infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər