27 İyun 2019 13:49
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 30-dan iyulun 10-dək Bakıda YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Sessiya çərçivəsində bu gün Abidə Menecerləri Forumu öz işinə başlayıb. Bu, çox əhəmiyyətli bir tədbirdir.

Bunu jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəisi Əsgər Ələkbərov bildirib.

O qeyd edib ki, Abidə Menecerləri Forumu dünyanın tarixi yerlərini və abidələrini idarə edən qurumların rəhbərliyinin toplaşıb müzakirə apardığı bir məkandır:

“Forum çərçivəsində bir neçə gün ərzində biz digər ölkələrdən olan həmkarlarımızla qarşılaşdığımız problemlərə, çağırışlara dair müzakirələr aparacağıq”.

İçərişəhərdə həyata keçirilən layihələrdən danışan Ə.Ələkbərov qeyd edib ki, hazırda həyata keçirilən ən iri layihələrdən biri Bakı xanları iqamətgahının və parkın bərpasıdır:

“Bu məkanda 2016-cı ildə arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş hamam restavrasiya olunur. Hamamda restavrasiya işləri ilin sonunadək bitəcək. Eyni zamanda Bakı xanları iqamətgahında yeni muzeyin açılışını və parkın istifadəyə verilməsini ilin sonunda həyata keçirəcəyik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər