BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən toplantısında güney azərbaycanlı siyasi məhbuslara dəstək aksiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, aksiyasının təşkilatçısı Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyətinin nümayəndəsi Jalə Təbrizidir.
Məlumata görə, toplantı zamanı güney azərbayanlı fəallarının adları olan siyahı BMT-yə və bu qurumun İran üzrə xüsusi məruzəçisinə təqdim edilib.
Jalə Təbrizi BMT-nin bir çox rəsmiləri ilə Güney Azərbaycanda mövcud vəziyyət və insan haqlarının pozulması məsələləri ətrafında görüşlər keçirib.
O, toplantıda İranda güney azərbaycanlı türklərə qarşı aparılan ayrı-seçkilik siyasəti barədə geniş çıxış edib.
BMT-də güney azərbaycanlı fəallar üçün keçirilmiş dəstək aksiyasından fotolar: