29 İyun 2019 14:50
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il 29 iyun tarixində saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

Azərenerji ASC-dən Teleqraf.com-a verilən məlumata görə, son zamanlar enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınmışdır.

Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb.

Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər