3 İyul 2019 13:46
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir.

Teleqraf.com xəbər verir ki, iclası açan 43-cü sessiyanın keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev dünyanın müxtəlif regionlarında, o cümlədən Asiya və Sakit okean, Afrika, Avropa və Amerikadakı mədəni irslə bağlı müzakirələrin aparılacağını bildrib.

Dünya İrs Mərkəzinin turizm üzrə bölmə rəhbəri Banqladeşdə yerləşən dünyanın ən böyük manqrov meşəsi - Sundarban meşələri ilə bağlı təqdimat edib. O qeyd edib ki, Sundarban meşələri 1997-ci ildə Dünya İrs Mərkəzinin Dünya İrsi Siyahısına daxil edilib:

“Bu meşələrdə ekoloji böhran hökm sürür. Ekoloji böhranın yaranmasına səbəb orada kömürlə işləyən 3 elektrik stansiyasının tikilməsidir. “Ranpal” adlanan bu elektrik stansiyaları biomüxtəlifliyin pozulmasına gətirib çıxaracaq. Həmçinin, orada dəniz dibinin dərinləşdirilməsi əməliyyatları aparılır. Təklif olunur ki, “Ranpal” elektrik stansiyalarının tikintisi zonasına monoitorinq missiyasının səfəri təşkil edilsin. Çünki məlumat var ki, bundan öncə verilın tövsiyələr Banqladeşin müvafiq orqanları tərəfindən tam yerinə yetirlməyib. Bununla bağlı bütün dünyaya mesaj göndərilməlidir. “Ranpal” kömürlə işləyən elektrik stansiyasının tikintisi çox böyük narahatlıq doğurur. Bu tikinti ekoloji və təbii dinamikaya mənfi təsir göstərir. Müstəsna universal dəyərə malik olan bu meşələr qorunmalı və lazımı tədbirlər görülməlidir”.

Kuba nümayəndəsi çıxış edərək Banqladeş hökumətini üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırıb:
“Onlar bildirmişdilər ki, stansiyalar həmin ərazidən kənarda tikilir. Əgər 700 meqavatlıq stansiya tikiləcəksə, bunun 50 milyon insana müsbət təsiri olacaq”.

Tanzaniya nümayəndəsi də hesabatla bağlı narahatlığını bildirib: “Eyni zamanda biz hansısa dövlətin iqtisadi inkişafla bağlı suveren hüququnu inkar edə bilmərik. Bundan sonra qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə idarəçilik planları tərtib edilməlidir.

Çin nümayəndəsi Banqladeşin inkişaf etməkdə olan ölkə olduğunu bildirib: “Layihə monitorinq missiyasının tövsiyəsinə uyğun olaraq icra olunur. Elektrik stansiyaları bufer zonasından kənarda yerləşir. Banqladeş hökuməti tərəfindən zəruri, qabaqlayıcı tədbirlər görülüb ki, onun ətraf mühitə mənfi təsirləri olmasın. Biz iqtisadi inkişafla ətraf mühitə təsiri tarazlaşdırmalıyıq. Buna görə də Çinin mövqeyi ondan ibarətdir ki, bu mühüm məsələ ilə bağlı tələsik qərar qəbul olunmasın”.

Anqola nümayəndəsi təqdim edilən məlumatların dürüstlüyünün təmin edilməsinə çağırıb.

Azərbaycan nümayəndəsi Kuba və Çinin verdiyi təklifləri dəstəklədiyini bildirib: “Banqladeş komitənin əvvəlki tövsiyələrini yerinə yetirib. Biz üzv dövlətin suveren inkişaf hüququnu məhdudlaşdırmalı deyilik”.

Uqanda nümayəndəsi deyib:

“Nəzərə almaq lazımdır ki, bu elektik stansiyaları bufer zonasından kənarda yerləşir. Bu stansiyalar iqtisadi inkişaf üçün zəruridir və Banqladeş vətəndaşlarının rifahına xidmət edəcək. Stansiyanın tikintisi zamanı texnoloji yeniliklər tətbiq edilməlidir. Biz də o fikirdəyik ki, üzv dövlətə suveren hüququndan istifadə hüququ tanınmalıdır”.

Banqladeşin energetika və təbii sərvətlər naziri Tavfiq-e-Elahi Çhovdhuri çıxış edərək sualları cavablandırıb. O deyib:

“Sizin məlumatlarınız yeni məlumatlar deyil. Biz yerlərdə xüsusi tədbirlər gördükdən sonra bu işə başlamışıq. Banqladeş də Azərbaycan kimi inkişaf etməkdə olan ölkədir. Sadəcə bir fərqimiz var. Sizin əhalinizin sayı 10 milyondur, bizim 160 milyon əhalimiz var. Bizm qarşımızda inkişaf və ətraf mühitin konservasiyası çağırışı var. Biz başa düşürük ki, bu stansiyaları inşa edərkən ekologiyanı da qorumalıyıq. Banqladeşdə uşaqlar arasında ölüm halları həddən artıq çoxdur. Gənc qızların təhsil almasında böyük çətinliklər var. Siz burda nəyi nəzərdə tutursunuz? Sundarban meşələri bufer zonasından kənardadır. İkincisi, monitorinq missiyası ora səfər etdi, bizə dedi ki, sizə tövsiyə veririk, onu icra edin. Biz bu tövsiyələri dəqiqliklə icra etdik. Bu işlər bizdən əlavə vəsait tələb edirdi, ancaq biz onu etdik. Hətta, mən sizə deyə bilərm ki, görülən işlər nəticəsində Sundarban müşələrinin biokütləsi, pələnglərin populyasısı çoxalıb”.

Hindistan nümayəndəsi çıxış edərək Banqladeş nümayəndəsini dəstəkləyib:

“Mən Banqladeşlə həmsərhəd ölkənin nümayəndəsi kimi bəyan edirəm ki, biz hətta bu istiqamətdə birgə addımlar atmışıq. Ona görə də Sundarban meşələrinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınmasını düzgün hesab etmirik. Biz bu balansı təmin etməliyik”.

“Save the Sanderans” QHT-nin rəhbəri Hasin Kamal ərazidə aparılan əməliyyatlarən BMT-nin Dayanıqlı İnkişaş Məqsədinə tam uyğun olmalı olduğunu vurğulayıb:

“Texnologiyaların rədd edilməsi Banqladeşin vəziyyətini daha da çətinləşdirır. Burada üzə çıxıan çağırışlara gəlikdə onlar müvafiq formada həll olunmalıdır. Bu tövsiyələr yerinə yerinə yetirilib. Orada tikinti gedir. Bu tədbirlər tam başa çatanadək tikinti dayandırılmamalıdır. Bu layihədə nəzərdə tutulan tikinti işlərini tam yerinə yetirir”.

Müzakirələr uzandığı üçün Çin nümayəndəsi bununla bağlı ayrıca işçi qrupunun yaradılmasını təklif edib. Təklif razılıqla qarşılanıb. Çin, Kuba, Macarıstan, Norveç və Avstraliya nümayəndələrindən ibarət qərar layihəsini hazırlayacaq işçi qrup yaradılması qərara alınıb. Onlar konsensus əsasında qərar layihəsi tərtib edəcəklər. Qərar layihəsinə günün sonunda baxılması razılaşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər