10 Sentyabr 2014 12:01
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bir neçə gün əvvəl Azərbaycanın Qazax rayonunda sərhədi keçən Ermənistan vətəndaşına baş çəkiblər.

BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, görüş sentyabrın 8-də baş tutub.

BQXK nümayəndələri saxlanılan şəxsin ailə üzvlərini və Ermənistan hakimiyyətini görüş barədə məlumatlandırıblar. Saxlanılan şəxsdən ailəsi üçün məlumat alınıb və bu məlumatlar onun ailəsinə çatdırılıb.

Qeyd edək ki, avqustun 26-da Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.


Müəllif: