Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ad günü münasibətilə onu təbrik edənlərə təşəkkür ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, Leyla Əliyeva bu barədə İnstaqram hesabında paylaşım edib.
“Əziz dostlar, təbriklərə görə hamıya dərin təşəkkürümü bildirirəm. Allah hamıya xoş günlər nəsib etsin və birlikdə daha çox xeyirxah işlər görək. Çox sağ olun, hamınızı sevirəm”, - o bildirib.
Qeyd edək ki, ötən gün Leyla Əliyevanın 34 yaşı tamam olub.