4 İyul 2019 16:40
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası günortadan sonra işini davam etdirib.

Teleqraf.com-un məlumatına görə, ilk olaraq 2001-ci ildə Dünya İrs Siyahısına “Səmərqənd; Mədəniyyətlərin qovuşduğu yer” adı ilə daxil edilmiş abidənin cari vəziyyəti müzakirə olunub.

Məsələ üzrə Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) məruzəçi bildirib ki, 2022-ci ildə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Bu məqsədlə turizm infrastrukturları yaradılır:

“Ümumiyyətlə, Səmərqənd şəhəri turizm zonasını təşkil edir. Orada inşa oluna binaların bir çoxu özəl binalardır və Səmərqəndin tarxii hissəsindən bu infrastrukturu ayıran bufer zona yaradılmalıdır. Bu işlər 2020-ci ilədək görülməlidir. Buna görə də Dünya İrs Mərkəzi və onun məşvərət mərkəzi bütün layihələrin təfərrüatlı təhlilini təqdim etməlidir. Bu tikintilərin texniki sənədləri olmalıdır və onların Səmərqəndin tarixi hissəsinə təsirinin qarşısının alınması planları olmalıdır. Hətta hava limanından yeni yolun çəkilməsi nəzərdə tutulub. Bu günədək dəqiq təfərrüatlar verilmir. Hətta koordinatlar da təqdim olunmayıb. Səmərqənd şəhərinin baş planı yenidən nəzərdən keçirilməlidir. Buna görə üzv dövlət ICOMOS-la birgə fəaliyyətə dəvət olunur.

Burkina Faso nümayəndəsi Özbəkistanı daha çox məlumatlar təqdim etməyə çağırıb.

Özbəkistan baş nazirinin müavini Əziz Abduxakimov çıxış edərək bildirib ki, onun təmsil etdiyi hökuməti dünya irsinin qorunub saxlanılmasında qətiyyətlidir və güclü şəkildə bunda maraqlıdır:

"Ötən il bizim ölkənin parlamentdə qərar qəbul olundu ki, bu sahəyə hər hansı ziyan vurulması cinayət məsuliyyəti yaradacaq. İkincisi bildirmək istəyirik ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti Mərkəzi Asiyada ən mühüm tədbirlərdən biri olacaq. Orada 16-ya yaxın dövlətin iştirak edəcəyi gözlənilir. Bununla biz tarixi İpək Yolunda yerləşən ölkələri bir araya gətirəcəyik. Hazırda müvafiq hazılıqlar, əlaqələndirmə işləri aparılır. Biz bu məsələ ilə bağlı razılaşdırmanı da mümkün hesab edirik. Bununla bağlı işçi qrupu yaradıla bilər. Biz əmin edirik ki, beynəlxalq ekspertlərin dəstəyi ilə Səmərqəndin qədim hissəsinin qorunub saxlanılması üçün səylər göstərəcəyik. Yeri gəlmişkən, qeyd edim ki, Səmərqəndin tarixi hissəsinin qorunub saxlanılması ilə bağlı avqustun 26-da bu şərəhdə beynəlxalq konfrans keçiriləcək. Ev sahibi kimi mən hamınızı konfransda iştirak etməyə və müzakirələri Səmərqənddə davam etdirməyə çağırıram. Fürsətdən istifadə edərək sessiyanın keçirlməsinə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycan Respublikasına təşəkkürümüzü bildiririk”.

Əbülfəs Qarayev Özbəkistan baş nazirinin müavininin çıxışının nəzərə alınacağını bildirib.

Səmərqənddə fəaliyyət göstərən Şəhərəsalma və Yerdəyişmə üzrə İnstitut adlı QHT-nin rəhbəri təqdim edilən qərar layihəsini bəyəndiklərini bildirib:

“Qərar layihəsi tarazlı mətndən ibarətdir. Bu qərardan irəli gələrək, hər bir sahəyə aid tədbirlər görülə bilər. Dünya İrs Mərkəzinin təqdim etdiyi tövsiyələr əsasında bunu məqbul edirik. Onu da qeyd etməliyik ki, 2022-ci ildə keçiləcək sammitlə bağlı hotellərin tikintisi dayandırlıb. Bu sahə Özbəkistanın dövlət başçısının diqqətindədir”.

Müzakirələrdən sonra Səmərqəndlə bağlı qərar qəbul olunub. Qərarda rəsmi Daşkəndə ünvanlanmış bir sıra tövsiyələr yer alıb. “Səmərqənd; Mədəniyyətlərin qovuşduğu yer” abidəsi Təhlükəli Vəziyətdə olan Abidələr Siyahısına daxil edilməyib.

Qeyd edək ki, Özbəkistanın Dünya İrs Siyahısına daxil olan digər irsi – Qaşqadərya regionunda yerləşən XIV-XV əsrə adi “Şəhrisəbz” tarxi mərkəzi 2016-cı ildən Dünya İrs Mərkəzinin Təhlükəli Vəziyyətdə olan Abidələr Siyahısındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər