Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub.
Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Gürcüstanın baş nazirinin bu səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edilib. Əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Səxavət