Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da dünən və bu gün baş verən silahlı insidentlər zamanı ölən şəxslərlə bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, başsağlığı Xarici İşlər Nazirliyinin rəsmi Tvitter səhifəsində qeyd olunub.
"Çox sayda günahsız insanın ölümü və onlarla insanın yaralanması ilə nəticələnən ABŞ-ın Texas ştatının El Paso və Ohayo ştatının Deyton şəhərlərində baş vermiş dəhşətli hadisələrdən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralananlara isə tez zamanda sağalmağı arzu edirik", - XİN bildirib.
Qeyd edək ki, dünən ABŞ-ın Texas ştatının El Paso şəhərindəki "Sielo Vista" ticarət mərkəzində silahlı şəxsin insanlara atəş açması nəticəsində 20 nəfər, bu gün isə Ohayo ştatının Deyton şəhərində insident zamanı 10 nəfər ölüb.