12 Sentyabr 2014 16:23
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov etimadnaməsini YUNESKO-nun baş direktoru İrina Bokovaya təqdim edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, etimadnamənin təqdim edilməsi mərasimindən sonra Anar Kərimov və İrina Bokova arasında görüş olub.

İ.Bokova A.Kərimovu YUNESKO yanında daimi nümayəndə təyin olunmaq münasibətilə təbrik edib və YUNESKO ilə Azərbaycan arasında olan səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.

A.Kərimov YUNESKO ilə əlaqələrin gücləndirilməsinin ölkəmiz üçün prioritet sahələrdən biri olduğunu deyib. O, bu əməkdaşlığın daha da inkişaf etməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əvəzolunmaz rolunu qeyd edib.

Görüşdə Azərbaycanla YUNESKO arasında olan əməkdaşlığın gələcək perspektivləri və birgə layihələr ətrafında müzakirələr aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər