13 Sentyabr 2019 13:20
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyası Tovuz rayonunda qətlə yetirilən şəxsin bəzi mətbuatda vəkil kimi təqdim olunması ilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bu gün bəzi KİV-də vəkil kimi təqdim edilən Ələkbərli Firudin adlı şəxsin Tovuz rayonunda öz “vəkil” otağında güllələnməsi barədə təhrif olunmuş xəbərlər yayılıb.

Bununla əlqadar, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bildirir ki, adı çəkilən Ələkbərli Firudin Vəkillər Kollegiyasının üzvü deyil və cinayət hadisənin baş verdiyi yerin Vəkillər Kollegiyasına aidiyyəti yoxdur.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bəzi kütləvi informasiya vasitələrində yoxlanılmamış, təhrif olunmuş və ictimaiyyətin çaşdırılmasına yönəlmiş bu kimi məlumatların yayılması hallarına təəssüf edir və KİV nümayəndələrinə bu kimi hallarda şəxsin vəkil olub-olmamasını müəyyən etmək üçün Kollegiyanın rəsmi internet səhifəsində (barassociation.az) vəkillərin reyestri bölməsindən istifadə etmələrini tövsiyə edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər