13 Sentyabr 2019 18:31
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 50-c iclası keçirilib.

GUAM-ın Milli Əlaqələndiricilər Şurasından Teleqraf.com-a verilən məlumata görə, iclasda GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, GUAM ölkələri arasında ticarət dövriyyəsi daha da artırılmalıdır. Müzakirələr zamanı 2020-ci il yanvarın 1-dən GUAM-ın sədrliyinin Azərbaycana keçəcəyi vurğulanıb.

Toplantıda Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizin sədrliyi dövründəki prioritet məsələlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi Azərbaycan üçün prioritet mövzulardır.


Müəllif: Teleqraf.com