Zümrüd Qəhrəmanlının boşanma ərizəsi əsasında həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı məhkəmə prosesi təxirə salınıb.
Teleqraf.com-un xəbərinə görə, bu gün Abşeron rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Zümrüd Qəhrəmanlını vəkili Zibeydə Sadıqova təmsil edib.
Prosesdə məlum olub ki, Fuad Qəhrəmanlı və vəkili məhkəməyə gəlməyib.
Bu səbəbdən proses qyri-müəyyən vaxtadək təxirə salınıb.
***
09:52
Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Qəhrəmanlı (Zümrüd Yağmur) boşanma ilə bağlı iddia ərizəsi üzrə bu gün məhkəmə iclası başlayır.
Teleqraf.com xəbər verir ki, iclas Abşeron rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə keçiriləcək.
Zümrüd Qəhrəmanlı iddia ərizəsində nikahın pozulması, alimentin təyin edilməsi və yetkinlik yaşına çatmayan uşağının ona verilməsini tələb edib.
Xatırladaq ki, Abşeron rayon Məhkəməsində avqustun 28-də iddia ərizəsi üzrə hazırlıq iclası keçirilib.