9 Oktyabr 2019 16:39
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazirinin müavini Nadir Hüseynov ölkəmizdə işgüzar səfərdə olan ABŞ Daxili Təhlükəsizlik Departamentinin İmmiqrasiya və Gömrük Xidmətinin Direktor müavini xanım Marlen Pineironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud siyasi, humanitar və digər sahələrdə münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparılıb, qanuni miqrasiya və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nadir Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer və Xarici İşlər Nazirliyinin Konsuluq İdarəsinin rəisi, səfir Faiq Bağırov iştirak edib.


Müəllif: Səxavət