17 Sentyabr 2014 14:33
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev siyasi elmlər üzrə fəlsəfə doktoru elmi adını alıb.

Teleqraf.com-un məlumatına görə, "Qeyri-Hökumət Təşkilatlarının ictimai-siyasi sistemdə yeri: milli və beynəlxalq təcrübə" adlı dissertasiya QHT sahəsində ilk doktorluq işidir.

Tədqiq olunan mövzunun aktuallığını şərtləndirən amillərdən biri Azərbaycan siyasi elmi çərçivəsində vətəndaş cəmiyyətinin vacib tərkib hissəsi olan QHT-lərin inkişaf dinamikasının araşdırılmasının xüsusi əhəmiyyət daşımasıdır. Müasir Azərbaycan siyasi elmində QHT institutlarının yeri və rolunun beynəlxalq təcrübə müstəvisində öyrənilməsi, milli təcrübənin təhlili vacib və aktual problemlərdəndir. Tədqiqatda xarici ekspertlərin və eyni zamanda, MDB məkanı tədqiqatçılarının əsərlərinə müraciət edilib, təhlillərə müəllifin əlavələri olub. Tədqiqat işinin elmi yeniliyi opponentlər tərəfindən vurğulanıb.

Qeyd edək ki, A.Quliyev 1971-ci il iyunun 23-də anadan olub. Evlidir, 3 övladı var. Otuzdan çox elmi məqalənin müəllifidir. İngilis, rus və türk dillərini bilir. Heç bir siyasi partiyanın üzvü deyil.


Müəllif: