17 Sentyabr 2014 19:30
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) təşkilatçılığı ilə Daimi Komitənin üzvlərindən ibarət 8-ci Baş Assambleyanın iclasında iştirak etmək üçün Şri-Lankanın paytaxtı Kolombo şəhərində rəsmi səfərdədir.

Teleqraf.com yap.org.az saytına istnadən xəbər verir ki, 20 ölkədən 30 siyasi partiyanın nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsi tərəfindən “Asiya şəbəkəsinin qurulması” mövzusunda, eləcə də yeni üzv təşkilatların qəbulu barədə müzakirələr aparılacaq.

İclasda YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, deputat Asəf Hacıyev, YAP Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı, YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Mahir Abbasəliyev, YAP Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov iştirak edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər