Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ” – “Sent-Etyen” oyunu keçiriləcək.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanı şotlandiyalı hakimlər briqadası idarə edəcək.
Futbol azarkeşi olan deputat Aqil Abbas doğma Ağdam komandası olan “Qarabağ”ın oyununa baxmayacaq. O, Teleqraf.com-a açıqlamasında deyib ki, bu, səhhəti ilə bağlıdır:
“Oyundan sonra icmala baxıram. Çox həyəcanlanıram. 5-6 aydır ki, həddən artıq həyəcanlandığımdan canlı oyuna baxmıram. Elə olur, həyəcandan ürəyim partlayıb ölə bilərəm. Bir dəfə “Qarabağ”ın oyununda topu vuranda sevincimdən necə çığırıb-bağırdımsa, üstümə həkim çağırdılar. Bizimkilər tez həkimə zəng elədilər ki, görəsən, nə oldu buna. Özümü itirdim. Bir də Türkiyənin oyununda belə oluram. Türkiyə xarici ölkə komandası ilə oynayanda çox həyəcanlanıram. Amma Azərbaycan milli komandasının oyununda həyəcanlanmıram. Çünki hesabı oyun başlamazdan əvvəl bilirəm”.
Nərgiz