18 Noyabr 2019 18:31
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın rəsmi mənbələri son 3 gün ərzində keçirilmiş etirazlar zamanı öldürülən insanların sayı ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda ölkənin müxtəlif şəhərlərində polislə qarşıdurma ilə müşayiət olunan etiraz aksiyaları zamanı ümumilikdə 5 nəfərin həlak olduğu bildirilib.

Ölənlərdən 4-ü mülki şəxs, bir nəfəri isə polisdir.

Məlumatda, həmçinin 1000-dən çox insanın həbs edildiyi qeyd olunub.

İnsan haqları fəalları bu günədək 40-dan çox insanın təhlükəsizlik orqanları əməkdaşlarının odlu silahdan açdığı atəş nəticəsində həyatını itirdiyini bildirir.

Etirazlarda Əli Hüseyni adlı güney azərbaycanlının da həlak olduğu deyilir.

Ötən həftənin sonundan İranın onlarla şəhərində və Güney Azərbaycanda hökumətin benzinin qiymətini artırmaq qərarına etiraz aksiyaları başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər