26 Noyabr 2019 22:55
1 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

“Görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır.

Digər tərəfdən isə həmişə olduğu kimi Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər