Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-da əməliyyatların qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilib.
Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Kurs müddətində NATO-nun nümayəndələri tərəfindən dinləyicilərə əməliyyatların planlaşdırılması, layihələndirilməsi və qiymətləndirilməsi prosesi, məlumatların təhlili metodları və digər mövzular ətrafında brifinqlər təqdim edilib, həmçinin praktiki qrup çalışmaları keçirilib.
Sonda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.