Prezident İlham Əliyev Etibar Nəcəfovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un xəbərinə görə, sərəncamla Etibar Əli oğlu Nəcəfov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi ilə Humanitar siyasət şöbəsi birləşdirilərək Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsi yaradılıb. Şöbəyə Fərəh Əliyev müdir təyin olunub.