2 Dekabr 2019 12:13
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə parlamentin buraxılmasına dair müzakirələr davam edir.

Teleqraf.com xəbər verir ki, gündəlik qəbul edildikdən sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış edib.

Spiker deyib ki, Nazirlər Kabinetində və digər orqanlarda aparılan kadr və struktur islahatları parlamentin də bu tələblərə uyğun olaraq yenilənməsi zəruriətini yaradır: “Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası Milli Məcilisin buraxılması ilə bağlı prezidentə müraciət etmək üçün iclasın çağrılmasını xaiş edib. Bu gün bu məsələni müzakirə edəcəyik. Konstitusiya buna imkan verir”.

Qeyd edək ki, hazırda Milli Məclisin YAP-dan olan komitə sədri Siyavuş Novruzov parlamentin buraxılmasına dair hakim partiyanın Milli Məclisə daxil olan mütraciətini oxuyur.


Müəllif: Cavad