1 Fevral 2020 16:29
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyəyə məxsus təyyarə ilə bu gün Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə Çinin Uhan şəhərindən təxliyə edilib. Təyyarənin bu gün axşam radələrində Türkiyə ərazisinə enməsi gözlənilir".

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib:

"Bununla əlaqədar olaraq, qardaş Türkiyəyə təşəkkürümüzü ifadə edirik. Bu, Azərbaycan və Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir. Uçuşdan öncə təxliyə olan vətəndaşlarımız həkim müayinəsindən keçiblər, onların sağlamlıq durumu qənaətbəxşdir.

Vətəndaşlarımız könüllü əsasda 2 həftəlik müddətdə Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaqlar, daha sonra Azərbaycana qayıdacaqlar. Vətəndaşlarımıza göstərdikləri dəstəyə görə, həmçinin Çin Xalq Respublikası Hökumətinə də təşəkkürümüzü bildirir və bu müvəqqəti çətin günlərdə dost Çin xalqı və dövləti ilə həmrəylimizi ifadə edirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər