26 Sentyabr 2014 12:13
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il bizim üçün çox işgüzar il oldu”.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O, cari il Azərbaycan ilk dəfə olaraq Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin üzvlüyünə daxil olaraq ölkəmizdə Avropa Komissiyasının iclasının keçirilməsinə nail olunduğunu xatırladaraq bunun uğurlu addım olduğunu qeyd edib.

Azərbaycanda turizm şirkətlərinin, otellərin sayı artmaqda olduğunu diqqətə çatdıran nazir hazırda ölkədə 35 min yataq yeri olan potensialın mövcud olduğunu bildirib. Onun sözlərinə görə, son illərdə cənab Prezidentin tapşırığına əsasən, Azərbaycanda bütün lisenziyalaşdırma prosesi internet vasitəsilə həyata keçirilir: “Bu da turizm sənayesinin inkişafına və sərbəst fəaliyyətinə imkan verir. Dünya turizm bazarında Azərbaycan öz yerini tutmaqdadır. Cənab Prezidentin turizmə göstərdiyi gündəlik qayğı nəticəsində, bilirsiniz ki, Azərbaycanda indi klasterlərin formalaşdırılması bizim üçün artıq olduqca vacibdir. Klasterlər artıq Qəbələdə, Şahdağda, Qubada var. Quba-Qusar klaster olaraq hazırlanır. Biz indi Şəmkir-Göygöl tərəflərdə də klasterin formalaşdırılmasına böyük maraq göstəririk. Düşünürəm ki, ondan sonra cənub bölgəsində də klaster formalaşdırlacaq. Bu, düzgün istiqamətdir. İnsanların rəyi ondan xəbər verir ki, real olaraq bu, maraq oyadır. Bu ilin böyük nəticəsi həm də ondan ibarətdir ki, bu yay mövsümündə müstəqillik dövründə ilk dəfə cənab Prezidentin şəxsi təşəbbüsü nəticəsində Azərbaycanda "Ölkəmizi tanıyaq" adlı layihə gerçəkləşdi”.

Ə.Qarayev bu layihə çərçivəsində 3000-ə yaxın gəncin müxtəlif rayonları gəzərək maraqlı yerləri ziyarət etdiyini söyləyib. Nazir bunun gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında böyük rol oynayacağını vurğulayıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər