30 Sentyabr 2014 16:40
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəttah Heydərov: “İqtisadi böhrandan qaçmaq üçün siyasi böhran yaradırlar”

Milli Məclisin bugünkü iclasında millət vəkilləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Toplantısının Bəyannaməsini təsdiq ediblər.

Millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Naxçıvanda yaradılıb və bu zamanın tələbi idi:

“Bu ölkələr yaxındır və böyük insan kütləsinə malik olan arenanı əhatə edirlər. İndiyə qədər keçirilən zirvə toplantılarında prezidentlər xalqlarımıza və dövlətlərimizə olan hörməti ifadə ediblər. Bu məsələdə heç nədən qorxmağa dəyməz. Azərbaycan sürətlə inkişaf edir, çoxları bizdən nümunə götürür. Avropa Parlamentinin üzvlərinin verdiyi qətnaməyə görə narahatçılıq keçiririk. Bunlardan qorxmaq lazım deyil. Bu məsələləri həyata keçirən, beynəlxalq aləmi qarışdıranlar ermənilərin dostudur. Ərəb coğrafiyasına baxın, hər yerdə qan tökülür. Ukrayna dövləti ilə MDB çərçivəsində ənəkdaşlıq edirdik. Dünyanı qarışdıran qüvvələr var. İqtisadi böhrandan qaçmaq məqsədilə siyasi böhranlar yaradırlar. Biz bu məsələ haqda düşünməliyik. Bodrumda keçirilən Türkdilli Dövlətlərin Zirvə görüşü əla keçdi, mən də orada iştirak edirdim və razı qayıtdım. Fikrimcə, əməkdaşlıq inkişaf edəcək. Hesab edirəm ki, zirvə görüşü zamanı dövlətlərin birgə qəbul etdiyi bəyannaməni parlament qəbul etməlidir”.

Nemət


Müəllif: