2 Oktyabr 2014 11:54
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

Teleqraf.com xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak edirlər.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərininmüzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar vəkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatdatədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq,humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar,fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzluelmi-siyasi platformadır.

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60-dan çoxölkəsindən 500-ə yaxın qonaq iştirak edir.

Dövlətbaşçısı forumun açılışında nitq söyləyib.

Səxavət


Müəllif: