Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:
Möhtərəm İlham Heydər oğlu.
İcazə verin, Sizi dövlət bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edim.
Zati-aliləri, Sizə ən xoş arzularımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycanın hərtərəfli inkişafı və firavanlaşması naminə zəfərlər, başınız üzərində daim aydın səma olmasını diləyirəm.